Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və NATO Baş katibinin müavini Radmila Şekerinskaya regional nəqliyyat və kommunikasiya marşrutlarının blokdan çıxarılmasından sonra əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
“İki sahil” erməni KİV-nə istinadla xəbər verir ki, tərəflər Ermənistanın NATO ilə əməkdaşlığının inkişaf dinamikasını yüksək qiymətləndirərək, birgə iş nəticəsində tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün zəmin yaradıldığını vurğulayıblar.
Mirzoyan yeni ikitərəfli tərəfdaşlıq proqramının təsdiqinin münasibətlərin daha da inkişafına imkan verəcəyinə ümidvar olduğunu bildirib.
Bundan əlavə, görüşdə Ermənistanın NATO ilə müxtəlif əməkdaşlıq formatları, o cümlədən ölkənin dayanıqlılığını gücləndirməyə və islahatların həyata keçirilməsinə yönəlmiş təşəbbüslər müzakirə olunub.
Tramp: Yaxın gələcəkdə "The Times" qəzeti çirkli qapılarını bağlamağa məcbur olacaq
Tramp 13 nəfəri öldürməkdə təqsirli bilinən Nidal Həsənin edam hökmünü təsdiqləyib