Ukrayna Birləşmiş Ştatlarla sülh planı üzrə danışıqlarda irəliləyiş əldə edir.
“İki sahil” Ukrayna mətbuatına istinadla xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski Brüsseldə jurnalistlərə bildirib.
O hesab edir ki, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüşlərin tezliyi də danışıqlarda irəliləyişin göstəricisidir.
V.Zelenski Rusiyanın təcavüzünün təkrarlanacağı halda Ukraynaya təhlükəsizlik zəmanətləri çərçivəsində ABŞ-nin hərəkət alqoritmi barədə ətraflı cavab ala bilmədiyini vurğulayıb.