18 dekabr 2025 15:49
116

Zelenski prezident seçkilərinin onlayn keçirilməsini ideyasını dəstəkləyir

Ukraynanın dövlət başçısı Volodimir Zelenski ölkədə prezident seçkilərinin onlayn platformalar vasitəsilə keçirilməsini təklif edib.

“İki sahil” xəbər verir ki, Volodimir Zelenski xaricdə yaşayan ukraynalılar üçün prezident seçkilərinin onlayn platformalar vasitəsilə keçirilməsinə münasibəti barədə jurnalistlərin suallarına cavab verərkən bunun bütün vətəndaşlar üçün nəzərdən keçirildiyini deyib. “Mən COVID-19 pandemiyasından sonra onlayn səsvermə ilə bağlı bütün təşəbbüsləri dəstəkləmişəm. Lakin bu məsələ ilə bağlı parlament üzvləri ilə ortaq məxrəcə gələ bilməmişik”, - deyə prezident bildirib.

Xarici media orqanlarının məlumatına görə, Volodimir Zelenski dekabrın 14-də Berlində ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff və Cared Kuşnerlə görüşündə ölkədə prezident seçkilərin keçirilməsinə razılıq verib.