18 dekabr 2025 12:29
93

Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor təyin olunub

Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor təyin olunub.

“İki sahil” xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə İlqar Bayramlı həmin vəzifəyə təyinat alıb.

Qeyd edək ki, İlqar Bayramlı 1992-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində ali təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. 1997–2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda iqtisadi-riyazi üsullar ixtisası üzrə aspirantura təhsili alıb.

2003-cü ildə Azərbaycan Ali Hərbi Məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayan İ.Bayramlı sonradan müxtəlif vəzifələrdə çalışıb. 2022–2025-ci illərdə Elm və Təhsil Nazirliyində Təhsilin iqtisadiyyatı şöbəsində əvvəlcə müdir müavini, daha sonra şöbə müdiri, 2025-ci ilin sentyabr–dekabr aylarında Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edib.