18 dekabr 2025 11:15
109

Əmək müqavilələrinin 96 %-i elektron formada bağlanılıb

Azərbaycanda əmək müqavilələrinin 96 %-i (1,8 milyondan çoxu) elektron formada bağlanılıb.

“İki sahil” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Dayaq" mükafatının təqdim olunması mərasimində bildirib.

"​Azərbaycan Beynəlxalq Əmək Təşkilatının (BƏT) 59 konvensiyasını və 1 protokolunu ratifikasiya edərək MDB ölkələri arasında liderlərdən biri olub. Cari ildə BƏT ilə sayca üçüncü olan "Layiq əmək üzrə ölkə proqramı" imzalanıb ki, burada da rəqəmsal texnologiyaların tətbiqi prioritetdir".