Bakıda və Abşeron yarımadasında dekabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65% olacaq.
Azərbaycanın rayonlarında hava şəıraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 7-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının ilin yekunlarına dair iclası keçirilib
Aqrar Xidmətlər Agentliyi tərəfindən ölkə ərazisində heyvan sağlamlığının təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
Ayaqqabıları hazırlayan pinəçi də istintaqa dəvət olunub - DİM DETALLARI AÇIQLADI