07 oktyabr 2026 11:43
106

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord həddə çatıb

2026-cı ilin sentyabr ayında kirayə xidmətində olan mikromobillik vasitələrindən istifadə üzrə rekord göstəricilər qeydə alınıb.

Ay ərzində mikromobillik vasitələri 547 758 dəfə sifariş olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30%-dən çox artım deməkdir. 

Həmçinin ötən ay velosiped və skuterlərdən 264 050 nəfər istifadə edərək 2 647 688 km məsafə qət edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə mikromobillik vasitələrindən istifadə edənlərin sayı 19%, qət edilən məsafə isə 98%-dən çox artıb. 

Bu rəqəmlər indiyədək qeydə alınmış ən yüksək nəticədir.