"WhatsApp" mesencerinin "iOS" üçün beta versiyasında "Strict Account Security Settings" adlı yeni, gücləndirilmiş hesab mühafizəsi istifadəyə verilib.
“İki sahil” xəbər verir ki, yeni funksiya təhlükəsizlik tədbirlərini bir düymə ilə aktivləşdirməyə imkan verir.
Rejim aktivləşdirildikdə avtomatik olaraq maksimum məhdudiyyətlər tətbiq olunur:
- Tanımadığınız nömrələrdən fayl əlavələrinin qəbulu bloklanır? keçidlərin önbaxışı söndürülür? zənglər zamanı IP ünvanlar gizlədili, qrup çatlarına əlavə yalnız təsdiqdən sonra mümkün olur.
Yeniliyin əsas üstünlüyü ondan ibarətdir ki, hədəfli hücumlardan, spamdan və arzuolunmaz nömrələrdən qorunmaq istəyən istifadəçilər üçün çoxlu parametrləri detallı şəkildə tənzimləməyə ehtiyac qalmır.
Təhlükəsizlik sisteminin bütövlüyünü qorumaq məqsədilə bəzi məhdudiyyətlər rejim söndürüldükdən sonra da aktiv qalır.