Dekabrın 15-də Bakı şəhəri Lökbatan qəsəbəsində fəaliyyət göstərən Neftçi Qurban Abbasov adına 288 nömrəli tam orta ümumtəhsil məktəbin yuxarı sinif şagirdləri üçün “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır” mövsunda açıq dərs təşkil edilib. Dərsdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, Əməkdar müəllim, professor, şair, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mahirə Hüseynova, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurası sədrinin müavini Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Elm və Təhsil Nazirliyinin əməkdaşı - Azərbaycan Yazıçılar Birliyinin üzvü Rövşən Ağayev, Əməkdar müəllim Әhliyyət Adıgözəlov, Qaradağ Rayon İcra Hakimiyyəti Aparatının baş məsləhətçisi Səmayə Şıxəliyeva, məktəbin direktoru Aygün Hüseynova, tarix və coğrafiya müəllimləri, həmçinin Qərbi Azərbaycandan olan bir qrup valideyn iştirak etmişlər.
Tədbir “Qərbi Azərbaycan TV”nin hazırladığı “Qərbi Azərbaycan xronikası” mövzusunda videoşarxların nümayiş etdirilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dərsi məktəbin direktoru A.Hüseynova açaraq bildirib ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərə əsaslanan fikirləri biz azərbaycanlılar üçün, xüsusilə gənclər üçün qürurvericidir. Ona görə də bütün Azərbaycan gəncliyi bu həqiqətləri düzgün öyrənməli və bu istiqamətdə üzərinə düşən vəzifəni, yəni vətəndaşlarımız arasında tarixi maarifləndirici təbliğat işlərini layiqincə yerinə yetirməlidir. Biz inanırıq və əminik ki, yaxın gələcəkdə öz tarixi torpaqlarımıza-Azərbaycanın qərbində yerləşən diyarımıza geri qayıdacağıq.
Sonra məşğələyə keçmək üçün söz professor Mahirə Hüseynovaya verilib.
M.Hüseynova Qərbi Azərbaycan həqiqətlərinin, tarixi faktların, xronoloji mənbələrin, xəritələrin geniş auditoriyalara, o cümlədən gənc nəsillə çatdırılması strateji zərurətinin olması barədə söz açıb. Qeyd edib ki, baş verən proseslər fonunda həm dövlət qurumlarının, həm ictimai təşkilatlarına, həm də təhsil müəssisələrininin üzərinə mühüm vəzifələr düşür.
Alimin çıxışında milli yaddaşın qorumasının zəruriliyi, “Qərbi Azərbaycana Qayıdış” ideyasının yaşadılması və gənclərə ötürülməsinin vacibliyi xüsusi vurğulanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Әliyevin bu mövzu ilə bağlı fikir və tövsiyələri, həmçinin Qayıdış Konsepsiyasından irəli gələn məsələlər diqqət mərkəzində olub. Bütün bunlar şagirdlərin mövzu ilə bağlı dünyagörüşünün düzgün istiqamətdə formalaşdırılması prosesində milli dəyərlərə söykənməsinə təkan verəcək.
Eyni zamanda, professor M.Hüseynova bildirib ki, artıq Qərbi Azərbaycan məsələsi bizim xalqın, onun gənc nəslinin milli kimliyinin ayrılmaz hissəsinə çevrilidiyini nəzərə alaraq, gənclər arasında bu istiqamətdə maarifləndirmə işləri daha da gücləndirilməlidir. Qərbi Azərbaycanla bağlı keçirilən dərslərdə bu diyarın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə tədbirlərinə geniş yer verilməlidir.
Mahirə Hüseynova bu işdə Elm və Təhsil Nazirliyi ilə Qərbi Azərbaycan İcmasının birgə hazırladığı “Mənim Qərbi Azərbaycanım- xatirələr” kitabının böyük köməyini xüsusi qeyd edərək, bildirib ki, onun məzmununu tərtib edən Elm və Təhsil Nazirliyinin əməkdaşı, yazıçı Rövşən Ağayevdir. Kitabın təqdimatı carı ilin oktyabr ayında Qərbi Azərbaycan İcmasında keçirmişdir. Kitabda Qərbi Azərbaycandan olan müəllim-müəlliflərin özlərinin və onların valideynlərinin xatirələri əsasında müxtəlif illərdə dərc olunmuş məqalələr toplusudur. Bu məqalələrdə Azərbaycan xalqının əsrlər boyu yaşadığı Qərbi Azərbaycan torpaqları, bu torpaqların azərbaycanlılara məxsus olmasını təsdiq edən çoxsaylı tarixi sənədlər, buradakı tarixi irsimizi məhv etmək məqsədilə ermənilər tərəfindən törədilən vandalizm aktları, azərbaycanlıların öz doğma torpaqlarından min bir əziyyət verilməklə qovulması və tarixi, dini-mədəni abidələrimizin talan və məhv edilməsi öz əksini tapmışdır.
Açıq dərs interaktiv formada aparılıb, şagirdlər verilən sualları fəal şəkildə cavablandıraraq tədris olunan mövzuya böyük maraq göstəriblər.
Dərsin sonunda YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Səbinə Xasayeva, Qaradağ Rayon İcra Hakimiyyəti Aparatının baş məsləhətçisi S.Şıxəliyeva, məktəbin rəhbərliyi və müəllimləri, dəvət olunan valideynlər öz çıxışlarında məşğələnin müasir tələblərə uyğun şəkildə, aparılmasına, çox maraqlı məlumatlarla və faktlarla bölüşdüyünə görə Mahirə Hüseynovaya öz minnətdarlıqlarını bildirib və bugünkü tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək, dərsdə iştirak edən şagirdlər üçün Qərbi Azərbaycanda baş verən tarixi proseslərin öyrənilməsinin əvəzolunmaz bir mənbəyə çevriləcəyini vurğulayıblar.
Tədbirin yekununda professor Mahirə Hüseynovaya və yazıçı Rövşən Ağayevə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının Fəxri fərmanı təqdim edilib.
Açıq dərsin yekununda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, mövcud problemlər və onların həllinə dair fikirlər söylənib. Müzakirədə çıxış edən Elm və Təhsil Nazirliyinin əməkdaşı R.Ağayev qeyd edib ki, mövzu ilə bağlı təşkil olunan dərslərdə Qərbi Azərbaycanın tarixi, mədəni irsi, adət-ənənələri, bölgələri, tanınmış şəxsiyyətləri barədə videolar, o cümlədən Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində hazırlanan müvafiq analitik süjetlərin nümayiş edilməsi, əyani vəsaitlərdən isifadə olunması, həmçinin Qərbi Azərbaycandan olan müəllim və valideynlərin cəlb edilməsi məqsədəuyğun olardı.
Əməkdar müəllim Ə.Adıgözəlov, məktəbin tarix müəllimləri dərsin yüksək səviyyədə təşkil edilməsini, dərsdə və müzakirələrdə məsələ ilə bağlı səslənən fikir və tövsiyələrin proqram xarakterli olduğunu qeyd edərək bildiriblər ki, bütün bunlar müəllimlərin gələcək fəaliyyət istiqamətlərində nəzərə alınacaqdır.
Tədbirdə Azərbaycan Yazıcılar Birliyinin üzvləri Mahirə M.Hüseynova və R.Ağayev bu tədris ocağının kitabxanasına müxtəlif mövzularda, o cümlədən Ümummilli Lider Heydər Əliyevin, Onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti ilə bağlı kitablar hədiyyə ediblər. Bundan əlavə, yazıçıların son illər çapdan çıxmış ədəbi, publistik əsərləri və görkəmli elm və incəsənət xadimlərinin kitabları məktəbin kitabxanasına təqdim olunub.
Müəllimlər Qərbi Azərbaycan həqiqətlərinə həsr edilmiş tədbirlərin həyata keçirilməsinin vacibliyini və bu sahədə maarifləndirmə prosesinin davamlı olmasını bir daha xüsusilə vurğulayıblar.
Zamin Məmmədov, "İki sahil"