Türkiyə "Tramp Marşrutu" (TRIPP) nəqliyyat-kommunikasiya layihəsində mühüm rol oynayır.
“İki sahil” xəbər verir ki, bunu ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn "CivilNet"ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Vaşinqton İrəvanla bərabər layihənin təşviqi və həyata keçirilməsi üçün bütün lazımi addımların atılması məqsədilə Ankara ilə birbaşa əməkdaşlıq edir.
Diplomat qeyd edib ki, TRIPP ABŞ tərəfindən Şərqi və Qərbi, daha geniş kontekstdə isə Mərkəzi Asiyanı Qərbi Avropa ilə birləşdirəcək marşrut kimi nəzərdən keçirilir. Kuinn vurğulayıb ki, uzun illər ərzində Qafqazda qeyri-sabit geosiyasi vəziyyətlə əlaqədar bu cür təşəbbüslərin həyata keçirilməsi mümkün olmayıb.
"TRIPP-in həyata keçirilməsi ilə yanaşı, ABŞ Ermənistanla birgə müəssisənin yaradılması üzərində işləyir", - o əlavə edib.
Fransa qiymətləri sabitləşdirmək üçün ehtiyatlardan 10 milyon barel dizel buraxacaq
Səudiyyə Ərəbistanının iki beynəlxalq hava limanına hücumlarda üç nəfər həlak olub