Dekabrın 14-də Sidneydə törədilən terror aktında ölənlərin sayı 15 nəfərə çatıb.
“İki sahil” xəbər verir ki, Yeni Cənubi Uels ştatının səhiyyə naziri Rayan Park bu barədə açıqlama verib. Onun sözlərinə görə, ölənlər arasında bir uşaq da var, azyaşlı Rendvikdəki uşaq xəstəxanasında ölüb. "Bu, bütövlükdə cəmiyyətimiz, bütün avstraliyalılar üçün tamamilə dəhşətlidir, lakin yəhudi icması üçün xüsusən ağırdır", - Park "Nine's Today Show" verilişində deyib.
Nazir atışmada yaralananlardan dördünün uşaq xəstəxanasına göndərildiyini bildirib.
ABŞ hərbçiləri Hörmüz boğazından 1,25 milyard barel xam neftin daşınmasını təmin edib
Rubio: ABŞ Ukraynada nizamlanmaya danışıqlar yolu ilə kömək etmək cəhdlərini davam etdirəcək
Almaniyanın "Quantum Systems" şirkəti Ukraynaya minlərlə dron-tutucu təhvil verəcək