Ukrayna Prezidenti Volodimir Zelenski Berlində ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşner ilə görüşə başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna lideri özü sosial media hesablarında məlumat yayıb. Görüşün əsas mövzusu ABŞ-nin sülh planıdır.
Ukrayna tərəfində danışıqlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov da iştirak edir. Görüşə Almaniya kansleri Fridrix Merts də qatılıb.
ABŞ hərbçiləri Hörmüz boğazından 1,25 milyard barel xam neftin daşınmasını təmin edib
Rubio: ABŞ Ukraynada nizamlanmaya danışıqlar yolu ilə kömək etmək cəhdlərini davam etdirəcək
Almaniyanın "Quantum Systems" şirkəti Ukraynaya minlərlə dron-tutucu təhvil verəcək