HƏMAS-ın daxili təhlükəsizlik qüvvələrinin yüksək rütbəli zabiti Qəzanın mərkəzində silahlı şəxslər tərəfindən öldürülüb.
“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, bu barədə hərəkatın nəzarətində olan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, polkovnik-leytenant Əhməd Zəmzəm səhər saatlarında Maqazi qaçqın düşərgəsində güllələnib. Şübhəlilərdən biri saxlanılıb, lakin onun kimliyi açıqlanmır.
Hadisə ilə bağlı istintaq davam edir.
ABŞ hərbçiləri Hörmüz boğazından 1,25 milyard barel xam neftin daşınmasını təmin edib
Rubio: ABŞ Ukraynada nizamlanmaya danışıqlar yolu ilə kömək etmək cəhdlərini davam etdirəcək
Almaniyanın "Quantum Systems" şirkəti Ukraynaya minlərlə dron-tutucu təhvil verəcək