lmaniyanın Bavariya əyalətinin Dinqolfinq şəhərində keçirilən Milad bazarında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb.
"İki sahil" yerli mediaya istinadla xəbər verir ki, saxlanılan şəxslərdən bir nəfər Misir, bir nəfər Suriya, üç nəfər isə Mərakeş vətəndaşlarıdır. İstintaq orqanları hazırda araşdırmalar aparırlar. Hücumun vaxtı və planları barədə məlumat verilməyib. İlkin məlumata əsasən, hücumun avtomobildən istifadə edilərək törədilməsi planlaşdırılıb.
Mediaya yayılan məlumatlara əsasən, təhlükə barədə xəbərdarlıq xarici kəşfiyyat xidmətlərinin birindən daxil olub.
ABŞ Sahil Mühafizəsində yeni xidmətə başlayanların sayında rekord qeydə alınıb
ABŞ hərbçiləri Hörmüz boğazından 1,25 milyard barel xam neftin daşınmasını təmin edib