ABŞ-ın Rod-Aylend ştatının Providens şəhərindəki Braun Universitetinin kampusunda baş verən atışma nəticəsində bir neçə nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə polisin mətbuat xidməti məlumat yayıb. “Broun Universitetinin kampusunda bir neçə nəfər güllələnib. Hazırda aktiv araşdırma aparılır,” – deyə açıqlamada bildirilir.
Daha əvvəl universitet rəhbərliyi atışma səbəbindən kampusdakı tələbə və işçilərdən yerində qalmağı xahiş etmişdi. Həlak olanların dəqiq sayı və hadisənin səbəbi hələ açıqlanmayıb. “Associated Press” şübhəli şəxsin tutulduğunu bildirsə də, universitet rəsmiləri daha sonra cinayətkarın axtarışının davam etdiyini açıqlayıblar.
ABŞ Sahil Mühafizəsində yeni xidmətə başlayanların sayında rekord qeydə alınıb
ABŞ hərbçiləri Hörmüz boğazından 1,25 milyard barel xam neftin daşınmasını təmin edib