Ölkə ərazisinin bəzi yerlərində gecə və səhər saatlarında arabir yağış, Sarıbaşda (Qax) isə qar yağıb.
“İki sahil” xəbər verir ki, Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Qubada 4, Şabran, Ordubad, Culfa, Xaçmaz, Qusar, Naxçıvan, Sədərək, Şahbuz, Qobustan, Lənkəran, Gədəbəy, Balakən, Xaltan, İmişli, Yardımlıda 3, Bakıda və Abşeron yarımadasında 1 mm-dir. Bəzi yerlərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Naftalanda 18, Qobustanda 16 m/s-dək güclənib.
Sumqayıt, Şərur, Ordubad, Sədərək, Göygöl, Şəmkir, Balakən, Sarıbaş (Qax), Şəki, Şamaxı, Qobustan, Xızı, Quba, Qusar, Göyçay, Sabirabad, Kürdəmir, Biləsuvar, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.
AMEA Naxçıvan Bölməsi və YAP Naxçıvan şəhər təşkilatının birgə təşkilatçılığı tədbir keçirilib
“Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfrans işini yekunlaşdırıb
“Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfrans işini panel sessiyalarla davam etdirir