11 dekabr 2025 20:10
96

Tünzalə Ağayeva Qurban Qurbanova minnətdarlıq etdi

Xəbər verdiyimiz kimi, ötən gün “Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib. Azərbaycan çempionu Liqa mərhələsinin VI turunda Bakıda Niderlandın "Ayaks" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan qarşılaşma qonaqların 2-4 hesablı qələbəsi ilə başa çatıb.

“İki sahil” xəbər verir ki, oyundan sonra bir çox azarkeş sosial şəbəkələrdə rəy yazıb. 

Xalq artisti Tünzalə Ağayeva da şəxsi “İnstagram” hesabında matçla bağlı fikirlərini bölüşüb: “Əziz FK Qarabağ, əziz Qurban (Qurbanov - red.) müəllim, sizə sadəcə bir vətəndaş olaraq təşəkkür etmək istəyirəm. Nə gözəl zamana gəlib çatmışıq ki, dünyada hər bir klubun sizin yerinizdə olmağı arzuladığı Çempionlar Liqasında öz əzmkar oyununuzla bizə bu həyəcanı yaşadırsınız. Tənqid etməyə nə var ki? Bunu hamımız bacarırıq! Təki bütün sahələrdə sizin qədər beynəlxalq uğurlarımızı olsun. Sizinlə fəxr edirəm!”