09 oktyabr 2026 21:05
103

Masazırda avtomobildə yanğın olub

FHN-in “112” qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində “Mercedes Vito” markalı avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində avtomobildə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.