11 dekabr 2025 08:27
165

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 04:31-də qeydə alınan zəlzələnin maqnitudası 3,8 olub.

Zəlzələnin ocağı 72 kilometr dərinlikdə yerləşib.