Bakıda "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Din Xadimlərinin II Forumu keçiriləcək.
“İki sahil” xəbər verir ki, forum dekabrın 24-nə planlaşdırılır.
"Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı" mövzusundakı tədbirdə dünyəvilik və vicdan azadlığı kimi təməl konstitusion dəyərlərin təbliği, din xadimlərinin hüquq və vəzifələri, dövlət-din münasibətlərinin hüquqi, mədəni aspektləri, din xadimlərinin peşəkar inkişafı, eləcə də multikultural, tolerant mühitin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək.
Tədbirə müvafiq dövlət qurumları və din xadimləri, dini təhsil müəssisələrinin müəllimləri, İlahiyyatçı alım və mütəxəssislərlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğız Respublikasının dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbər şəxslərinin dəvət edilməsi planlaşdırılır.
Mexaniki mübarizə tədbirləri nəticəsində 150 mindən çox qəhvəyi mərmər bağacığı məhv edilib
AKİA sədri Yalçın Camalov Qubada vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
Ulu Öndərin anım günü ilə əlaqədar doqquz marşrutun hərəkət sxemi dəyişdiriləcək