10 oktyabr 2026 10:01
122

Masazır qəsəbəsində dörd avtomobil yanıb

Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb.

Hadisə Yeni Bakı yaşayış massivində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.

Hadisənin başvermə səbəbi və digər təfərrüatlar dəqiqləşdirilir.

"Report"