Xaçmazda minik avtomobili piyadanı vurub.
“İki sahil” xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunun Xaçmaz rayonunun Yergüc kəndi ərazisindən keçən hissəsində baş verib. Yolu keçən 34 yaşlı Yergüc kənd sakini İbadova Günay Cavanşir qızı minlik avtomobili ilə vurulub. Ağır xəsarətlər alan yaralı təcili tibbi yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırıb.
Yaralıya müvafiq tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı ölkə üzrə 56 min əməkdaşı əhatə edib
TƏBİB tərəfindən hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri həyata keçirilib