11 oktyabr 2026 12:26
121

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı ölkə üzrə 56 min əməkdaşı əhatə edib

Tibb işçilərinin davranış və ünsiyyət bacarıqlarını beynəlxalq standartlara uyğun inkişaf etdirmək və vətəndaşların xidmət keyfiyyətindən məmnunluğunu artırmaq məqsədilə TƏBİB tərəfindən “Tibb işçisinin etik davranış qaydaları” proqramı həyata keçirilib.

“İki sahil” xəbər verir ki, TƏBİB-in tabeliyindəki bütün tibb müəssisələrində tətbiq olunan proqramda ölkə üzrə 56 000 tibb işçisi iştirak edib.

Proqram mərhələli şəkildə silsilə təlimlər şəklində təşkil olunub. Təlimlər şəxsi sərhədlərə hörmət, vətəndaşlara nəzakət və həssaslıqla yanaşma, eləcə də effektiv ünsiyyət mövzularını əhatə edib.