Yevvlaxda dekabrın 5-də baş vermiş yanğın nəticəsində ölənlərin sayı artıb.
“İki sahil”in Qərb bürosunun məlumatına görə, fərdi yaşayış mənzilində baş vermiş yanğın nəticəsində ağır xəsarət alan 1967-ci il təvəllüdlü Kamran Mehdiyev müalicə aldığı xəstəxanada həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, dünyasını dəyişib.
Qeyd edək ki, dekabrın 5-də baş vermiş yanğın hadisəsi nəticəsində 1942-ci il təvəllüdlü N. Mikayılova hadisə yerində ölüb, K. Mehdiyev və 1965-ci il təvəllüdlü Y. Vahabova isə xəsarət almışdı.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycan cəmiyyətini informasiya təxribatlarına qarşı ayıq-sayıq olmağa çağırırıq - BƏYANAT
TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı ölkə üzrə 56 min əməkdaşı əhatə edib
TƏBİB tərəfindən hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri həyata keçirilib