1992-ci ildə Qazaxıstanın təşəbbüsü ilə yaradılan AQEM Asiya məkanında çoxtərəfli diplomatiyanı, qarşılıqlı etimadı və əməkdaşlığı təşviq edən əsas platformalardan biridir. Azərbaycanın sədrliyi dövründə təşkilat çərçivəsində yeni layihələr, proqramlar və institusional təşəbbüslərin təşkili diqqət mərkəzində olub.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib. Onun sözlərinə görə, təşəbbüslərin əsas istiqamətlərindən biri Asiya universitetlərini birləşdirən akademik şəbəkənin formalaşdırılması, ali təhsil müəssisələri arasında elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi və akademik mübadilələrin təşviq edilməsidir. Bu məqsədlə ADA Universiteti AQEM regionu üzrə aparıcı universitet kimi seçilib və son bir ildə bu istiqamətdə ardıcıl tədbirlər və elmi təşəbbüslər həyata keçirib.
“Bakıda keçirilən bugünkü beynəlxalq konfrans Asiya universitetləri arasında iqlim dəyişikliyi, yaşıl energetika və dayanıqlılıq sahələrində əməkdaşlıq platformasının yaradılmasına yönəlib. Tədbirdə yaşıl enerji, enerji keçidi, iqlim dəyişiklikləri və bu sahədə regional yanaşmalar müzakirə olunacaq. Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yaşıl enerji layihələri üzrə təcrübəsini bölüşəcək”, - deyə deputat vurğulayıb.
O əlavə edib ki, konfrans çərçivəsində universitet professorları və tədqiqatçılarının iştirakı ilə dörd panel diskussiya keçiriləcək, yaşıl energetika sahəsində reallaşdırılan layihələrə yerində baxış təşkil olunacaq. Tədbir, həmçinin ADA Universiteti ilə müxtəlif ölkələrin ali təhsil müəssisələri arasında ikitərəfli akademik əməkdaşlıq imkanlarının müzakirəsini nəzərdə tutur.
Fərid İsmayılzadə bildirib ki, ADA Universiteti növbəti il üzrə də geniş fəaliyyət planı hazırlayıb: “Asiya universitetləri arasında elmi əməkdaşlıq şəbəkəsinin genişləndirilməsi, ortaq tədqiqat layihələrinin təşkili, akademik və elmi mübadilələrin artırılması sədrliyimizin prioritetləri sırasındadır. Bu proses növbəti iki il ərzində ardıcıl şəkildə davam etdiriləcək”.
Deputat vurğulayıb ki, 42 ölkədən gələn qonaqlar Azərbaycanın iqlim dəyişikliklərinə qarşı apardığı siyasətlə, COP29 çərçivəsində həyata keçirilən tədbirlərlə və yaşıl enerji sahəsində əldə etdiyi nailiyyətlərlə daha yaxından tanış olacaq və bu məlumatlardan öz ölkələrində elmi fəaliyyətlərində istifadə edəcəklər.
“Konfrans regional akademik həmrəyliyin güclənməsinə, yaşıl enerji sahəsində yeni elmi tərəfdaşlıqların yaranmasına və Asiyada dayanıqlı inkişaf gündəliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək”, - deyə Fərid İsmayılzadə açıqlamasında bildirib.
Heydər Əliyevin xidmətləri Azərbaycanın inkişafına istiqamət verən dəyərli irs kimi yaşayır - XİN başçısı
Prezident İlham Əliyev Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib
Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərə son söz verilib