10 oktyabr 2026 14:11
113

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur. Birinci istiqamət neft və qaz sahəsində əməkdaşlıqdır. Bu istiqamət üzrə birinci layihə İndoneziyanın Şərqi Yava adasında neft və qazın kəşfiyyatı və hasilatı sahəsində İndoneziyanın “Minarak Brantas Gas” şirkəti ilə Azərbaycanın SOCAR şirkəti arasında əməkdaşlığın qurulmasını nəzərdə tutur.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi söyləyib.

O bildirib ki, ikinci layihə İndoneziyanın Azərbaycandan neft və qaz məhsullarını idxal etməsini əhatə edir: “Bu istiqamətdə əsas məqsəd iki ölkə arasında mövcud əməkdaşlığı gücləndirməkdir. Üçüncü layihə isə İndoneziyanın dövlət neft şirkəti “Pertamina” ilə Azərbaycanın dövlət neft şirkəti SOCAR arasında neft-qaz sahəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur”.