01 dekabr 2025 13:54
150

Azərbaycan və Çin mərkəzi bankları əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına işgüzar səfər çərçivəsində Çin Xalq Bankının sədri Pan Qonşenq ilə görüşüb.

 “İki sahil” xəbər verir ki,  AMB-dən bildirilib ki, görüş zamanı monetar siyasət və maliyyə sabitliyi, ödəniş sistemləri, QR və mobil ödəniş həlləri, eləcə də ödəniş xidmətləri təchizatçılarının fəaliyyətinin tənzimlənməsi mövzuları müzakirə edilib. Bundan əlavə, rəqəmsal valyuta sahəsində tənzimləmə təcrübələri barədə məlumat bölüşülüb.

Görüşdə, həmçinin Azərbaycan və Çin mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.