Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli Ramiz Mehdiyevin cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilib.
Cəmil Həsənli ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Qeyd edək ki, C. Həsənli dindirilmək üçün DTX-yə çağırılmışdı. O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə şahid qismində cəlb edilib.
Onu da xatırladaq ki, Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib. O, sosial şəbəkə hesabında bildirib ki, bu gün guya "qızının ailəvi tədbiri ilə bağlı" həyat yoldaşı ilə Dubaya getmək istəyirmiş. Lakin aeroportda ona ölkədən çıxış məhdudiyyəti tətbiq edildiyini öyrənib. Cəmil Həsənlinin həyat yoldaşı ölkəni tərk edib.
"Report"
Prezident İlham Əliyev: Şəhərsalma elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir - FOTO
Hikmət Hacıyev: Qlobal şəhər gündəliyinin gələcək konturları Azərbaycanda formalaşdırılır