Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli saxlanılıb.
“İki sahil” "Unikal"a istinadla xəbər verir ki, bu barədə AXCP-nin Fransada yaşayan üzvü Natiq Ədilov məlumat yayıb.
N.Ədilov əlavə edib ki, Dövlət Təhlükəsizliyi Xidməti onun evində axtarış aparıb.
***
“Qafqazinfo” nun əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan arışdırmalar çərçivəsində Əli Kərimlinin evində axtarış aparılıb.
AXCP sədrinin evindəki axtarış Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır.
Xatırladaq ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan üzrə ticarət elçisini qəbul edib
Azərbaycan–Slovakiya strateji əməkdaşlığı Avropanın enerji xəritəsini gücləndirən mühüm elementə çevrilir
Orta Dəhliz yük daşımalarının sürətli və təhlükəsiz həyata keçirilməsinə imkan yaradır - Sahil Kərimli (FOTO/VİDEO)