29 noyabr 2025 09:03
1342

ABŞ Dövlət Departamenti Əfqanıstan pasportu ilə səyahət edən şəxslər üçün viza verilməsini dayandırıb

ABŞ Dövlət Departamenti Əfqanıstan pasportu ilə səyahət edən şəxslər üçün viza verilməsini təcili şəkildə dayandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə qurumun bəyanatında deyilir. Bildirilir ki, Departament ABŞ-ın milli təhlükəsizliyini və ictimai təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımları atır.

Qeyd edək ki, bu addım əfqan əslli şəxsin Vaşinqtonda Milli Qvardiyanın iki əsgərini güllələməsindən sonra atılıb.