Monqolustan ilk dəfə Dünya Bankının strukturuna daxil olan və dünyanın ən yoxsul ölkələrinə maliyyə yardımı göstərən Beynəlxalq İnkişaf Assosiasiyasının (IDA) donoru olub.
“İki sahil” "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Dünya Bankı Qrupu məlumat yayıb.
Bildirilib ki, Monqolustan parlamenti IDA resurslarının doldurulmasının növbəti mərhələsi çərçivəsində 4,8 milyard tuqrikin (1,3 milyon ABŞ dolları) ayrılmasını təsdiqləyib.
Qeyd olunub ki, bundan qabaq, yəni təxminən 30 il ərzində Monqolustan assosiasiyadan maliyyə vəsaiti alıb. Belə ki, bu ölkədə 1991-ci ildə Dünya Bankına daxil olduğu vaxtdan bəri nəqliyyat, kənd təsərrüfatı, səhiyyə və təhsil sahələrində layihələrin həyata keçirilməsi üçün 1,62 milyard dollarlıq yardım göstərilib.
2020-ci ilin iyulunda Monqolustan IDA-dan güzəştli maliyyələşmə almağı dayandırıb və orta gəlirli ölkələrə kreditlər verən Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığa keçid edib.
"Monqolustanın bu töhfəsi Dünya Bankı ilə çoxillik tərəfdaşlığımızın mühüm mərhələsidir və ölkənin beynəlxalq həmrəyliyə sadiqliyini göstərir", - Monqolustanın maliyyə naziri Zaqdcavın Mendsayxan bildirib.
Onun sözlərinə görə, daha əvvəl IDA-nın dəstəyini almış Monqolustan yoxsulluğun azaldılması, iqtisadi dayanıqlığın artırılması və digər dövlətlərin inkişaf imkanlarının genişləndirilməsi üçün güzəştli maliyyələşmənin vacibliyini anlayır.
Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib
Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib
“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır