29 noyabr 2025 08:57
187

On gün ərzində 800-dən çox Rusiya hərbi texnikası məhv edilib - Baş Qərargah

Son on gün ərzində Ukrayna Müdafiə Qüvvələri 800-dən çox Rusiya hərbi texnikasını məhv edib və 10.400-dən çox rus işğalçısını öldürüb və ya yaralayıb.

İki sahil” yazır ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat verib.

“Düşmənin canlı qüvvə itkisi. Döyüşçülərimiz düşmənə hər istiqamətdə, cəbhənin hər kilometrində zərbələr endirməyə davam edir. Yalnız son on gün ərzində 800-dən çox müxtəlif avtomobil və zirehli texnika məhv edilib, 10.400-dən çox düşmən əsgəri öldürülüb və ya yaralanıb”, - deyə hesabatda bildirilir.

“Ukrinform”un məlumatına görə, cəbhə xəttində Ukrayna Müdafiə Qüvvələri ilə Rusiya ordusu arasında 230 döyüş toqquşması qeydə alınıb və düşmən ən intensiv hücumlarını Pokrovsk sektorunda davam etdirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”