Türkiyə ilə Ermənistan nümayəndəlikləri arasında Qars–Gümrü dəmir yolunun yenidən qurulması və istifadəyə verilməsi məqsədilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, iki ölkə arasında aparılan normallaşma prosesi çərçivəsində xüsusi nümayəndələrin razılığı əsasında növbəti texniki görüş Akyaka–Axurik sərhəd nöqtəsində və Ermənistanın Gümrü şəhərində keçirilib.
Görüşdə Türkiyə və Ermənistanın aidiyyəti qurumlarının nümayəndələri Qars–Gümrü dəmir yolunun bərpası və işə salınmasına dair aparılan işlərin ikinci mərhələsini müzakirə ediblər.
Zelenski: Təəssüf ki, ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvini davam etdirəcək
Misir Prezidenti 2030-cu ildə vəzifəsindən getmək niyyətində olduğunu açıqlayıb