BMW, Z4 rodsterinin "Final Edition" adlandırılan son versiyasının buraxılışını elan etdi. Modelin Avstriyadakı Magna Steyr zavodunda istehsalı 2026-cı ilin aprelində başa çatacaq. Z4-ün əkiz modeli olan Toyota GR Supra da "təqaüdə" göndəriləcək. Baxmayaraq ki, Yaponiya şirkəti əvvəllər idman avtomobilinin ömrünün bitdiyini elan etmişdi.
“İki sahil” xəbər verir ki, bu barədə "autopilot.ru" məlumat yayıb.
BMW Z4 Final Edition-ın istehsalının fevral ayında başlayaraq gələn ilin aprel ayına qədər məhdud sayda istehsal olunacağı gözlənilir. Bütün modellər Individual "Frozen Black Metallic" rəngində işlənəcək, "Shadowline "paketindən parlaq qara rəng əlavələri alacaq və qırmızı əyləc kaliperlərinə sahib olacaq.
Qara oturacaqlar Vernasca dərisi və Alkantara ilə örtülmüş, təhlükəsizlik kəmərləri üç rəngli M bəzəkli, interyer isə qırmızı tikişlərlə bəzədiləcək. Geniş seçim siyahısına ön panelli displey və Harman Kardon audio sistemi daxildir.