Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərlərinin, digər yüksəkvəzifəli nümayəndələrin və sahə üzrə tanınmış ekspertlərin iştirakı ilə “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu keçirilir.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əvvəlcə Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib.
Qeyd edək ki, forum çərçivəsində “Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya”, “Strateji kommunikasiya və böhranın idarə olunması” mövzularında iki panel sessiyanın, həmçinin “Rəqəmsallaşan dünyada media etikası: Texnologiyalar, trendlər və narrativlər” mövzusunda vörkşopun təşkili planlaşdırılır.
Forumda 8 ölkədən və Təşkilatın Katibliyindən 71 xarici nümayəndə olmaqla, ümumilikdə 150-yə yaxın qonaq iştirak edir.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar