Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsraildə işgüzar səəfərdədir.
“İki sahil” xəbər verir ki, bu barədə nazir “X” sosial səbəkəsində paylaşım edib.
“İsrail dövlətinə işgüzar səfərimiz zamanı bu ölkənin Maliyyə Nazirliyində nazir, Azərbaycan – İsrail Birgə Komissiyasının həmsədri Zeev Elkin ilə görüşməkdən məmnun olduq.
Azərbaycan – İsrail Birgə Komissiyasının fəaliyyəti, ikitərəfli iqtisadi əlaqələrin perspektivləri və biznes tərəfdaşlığının potensialının reallaşdırılması barədə fikirlərimizi bölüşdük”, - paylaşımda qeyd olunur.
Qubadakı yolda sürüşmə risklərinin azaldılması üçün kompleks tədbirlər həyata keçirilir
AZCON Holding-in icraçı direktoru Azərbaycan–Çexiya Biznes Forumunda iştirak edib