Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazın lider dövləti kimi Azərbaycanın iqtisadi müstəqilliyi möhkəmlənib.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.
O qeyd edib ki, müzakirəyə çıxarılan dövlət büdcəsi ölkənin iqtisadi imkanlarının daha da yüksəldilməsinə, "Böyük Qayıdış" dövlət proqramının həyata keçirilməsinə xidmət edəcək:
"İqtisadiyyatın şaxələndirilməsi uğurla davam etdirilir. Qarabağda və Şərqi Zəngəzurda innovasiyalar üzərində qurulan yeni iqtisadi model formalaşır. Qlobal çağırışların gücləndiyi şəraitdə ölkəmiz gəlirlərin artımını, maliyyə ehtiyatlarının möhkəmlənməsini, qeyri-neft sektorunun inkişafını təmin edib".
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar