Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında Azərbaycan dili, terminologiya və toponimiya ilə əlaqədar irəli sürdüyü tələblər və vəzifələr Milli Məclis yanında Toponimiya Komissiyasında müzakirə ediləcək.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Komissiyanın sədri İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, müzakirələrdə Komissiyasının üzvləri ilə yanaşı bu məsələlərlə məşğul olan mütəxəssislərin və yazıçıların da iştirakı nəzərdə tutulur.
Sahil qəsəbəsində ictimai nəqliyyatın hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Yeni Klinika mürəkkəb tibbi halların müalicəsi üzrə aparıcı mərkəzə çevrilməyi hədəfləyir - MÜSAHİBƏ
DYP piyadaları azyaşlılarla hərəkət zamanı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb