Hazırda ABŞ-nin Cənubi Qafqaz regionuna marağı artıb.
“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev noyabrın 18-də Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumunda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamə ümumilikdə Ermənistan və Azərbaycan arasında normallaşma prosesi, ABŞ və Azərbaycan arasında əlaqlərin inkişafı, o cümlədən Cənubi Qafqazda sülhün bərqərar olmasına xidmət edir:
"Hazırda ABŞ-nin Cənubi Qafqaz regionuna marağı artıb. Təbii ki, bundan istifadə etmək lazımdır. Çünki həm Azərbaycan, həm də ABŞ-nin bunun üçün imkanları var".
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar