17 noyabr 2025 17:04
109

BP "Şəfəq-Asiman"da kəşfiyyat işlərinə hazırlaşır

Xəzərin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" blokunda kəşfiyyat işlərinin planlaşdırılması aparılır.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

"Növbəti mərhələdə biz kəşfiyyat işlərini davam etdirmək niyyətindəyik. Hazırda bu işlər planlama mərhələsindədir", - Bəxtiyar Aslanbəyli qeyd edib.

Onun sözlərinə görə, hazırda ikinci kəşfiyyat quyusunun qazacaq qurğunun müəyyən edilməsi işləri aparılır və bu da bu prosesi digər layihələr ilə razılaşdırılmasını tələb edir.

"Yəni həmin kəşfiyyat işlərinin hansı qazma qurğusu üzərindən hətta keçirilməsi və digər layihələrlə razılaşdırılması mərhələsindəyik. Qazma qurğusu digər layihədən azad olunduqdan sonra həmin qurğu "Şəfəq-Asiman"da istifadə olunacaq", - Bəxtiyar Aslanbəyli qeyd edib.