İKT həllərindən daha yaxşı istifadə etməklə təyyarələrdə yanacaq istehlakını azaltmaq olar.
“İki sahil” xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC (AZAL) prezidentinin müşaviri Əfqan Baxışov Bakıda keçirilən Qlobal Gənclər Günündə (GYC-25) bildirib.
Onun sözlərinə görə, aviasiyada əsas məsələ təyyarələrdir: "Təyyarə bir marşrutdan digərinə uçan zaman yanacaq istifadə edir. Təyyarələr çox yanacaq sərf etdikdə isə müəyyən mənada hava məkanımız və ətraf mühitimiz də çirklənir. Buna görə də yanacaq doldurma prosesi də bizə daha səmərəli olmağa, işimizi optimallaşdırmağa kömək edəcək İKT həllərinə ehtiyac duyur".
Ə. Baxışov qeyd edib ki, İKT həllərindən daha yaxşı istifadə etməklə yanacaq istehlakını azaltmaq olar: "Eyni zamanda, bu davamlı inkişaf üçün daha yaxşıdır. Buna görə də biz bu imkandan daha çox istifadə etməyə çalışırıq".
2026-cı ilin doqquz ayında Azərbaycan ərazisindən tranzit daşımaların həcmi 12 milyon tonu ötüb
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara AYDINLIQ GƏTİRDİ
Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə olunub