Ukrayna Azərbaycandan təbii qaz alması üçün fəal iş görür.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski feysbuk səhifəsində yazıb.
“Qış tədarükü üçün geniş imkanlar yaradırıq. Xüsusilə, polşalı tərəfdaşlarımız vasitəsilə biz Azərbaycanla fəal işləyirik. Uzunmüddətli müqavilələrə ümid edirik”, - deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, Fransa ilə birgə Ukraynanın döyüş aviasiyasını, hava hücumundan müdafiəsini və digər müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək tarixi saziş hazırlanıb.
Ukrayna Prezidenti bazar ertəsi İspaniyaya gözlənilən səfərin məhsuldar olacağını da bildirib.
"Səfər cədvəlinə görə, bu, bazar ertəsi olacaq. Səfər mənalı keçəcək, həqiqətən də Ukraynaya özünü müdafiə etməyə və məqsədrinə çatmağa kömək edəcək bir dəstək olacaq”, - deyə Zelenski vurğulayıb.
2026-cı ilin doqquz ayında Azərbaycan ərazisindən tranzit daşımaların həcmi 12 milyon tonu ötüb
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara AYDINLIQ GƏTİRDİ
Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə olunub