Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 7 milyon 724,7 min ton təşkil edib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 560,5 min ton və ya 7,8 % çoxdur.
Məlumata əsasən, yüklərin 48,1 %-i neft yükləri olub.
Qeyd edək ki, 2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 198,3 milyon ton olub. Yüklərin 3,9 %-i dəniz yolu ilə daşınıb.
Hesabat dövrü ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 2 900 nəfər və ya 12 % azalaraq 21,3 min nəfər olub.
2026-cı ilin doqquz ayında Azərbaycan ərazisindən tranzit daşımaların həcmi 12 milyon tonu ötüb
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara AYDINLIQ GƏTİRDİ
Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə olunub