Lerik Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayon ərazisində avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması istiqamətində tədbir həyata keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirlər zamanı avtomobillərin texniki vəziyyəti yoxlanılıb, avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücülərlə maarifləndirici söhbətlər aparılıb. Atmosferə normadan artıq zərərli tullantı ixrac edən nəqliyyat vasitələrinin sürücüləri barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Böyük Qayıdış: Ağdamın Xıdırlı kəndində daha 50 ailəyə mənzillərin açarları təqdim olunub
Yol Polisi: Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir