Sabirabad rayonunda qadın odlu silahla öldürülüb, qardaşı şübhəli qismində saxlanılıb.
“İki sahil” xəbər verir ki, hadisə rayonun Qardaşkənd kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakini Ülviyyə Xudaverdi qızı Məmmədova ov tüfəngindən açılan atəş nəticəsində hadisə yerində ölüb.
Onun ölümündə şübhəli bilinən qardaşı, 1986-cı il təvəllüdlü Murtuz Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib