Hər il olduğu kimi, bu gün də Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin ildönümünü (bu dəfə 42-ci) həm rəsmi tədbirlərlə, həm də Azərbaycan xalqı ilə birlikdə qeyd edirik.
“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer söyləyib.
“Azərbaycanda olmaq bizim üçün böyük önəm daşıyır. İki ölkə arasında əlaqələr hər il daha da inkişaf edir və biz bu əməkdaşlığın daha da inkişaf etməsi üçün çalışırıq. Ölkəmizin və dövlətimizin suverenliyinin qorunması bizim üçün əsas prioritetdir. Azərbaycanın Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinə verdiyi dəstək çox önəmlidir və buna görə bir daha təşəkkürümüzü bildiririk",- deyə U. Turganer vurğulayıb.
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirilib