Prezidentin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev noyabrın 13-də Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovu rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim edib.
“İki sahil” xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib, ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
O.Mürsəlov ona göstərilən etimada görə minnətdarlıq edib.
Xatırladaq ki, O.Mürsəlov Prezidentin Sərəncamı ilə noyabrın 12-də Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib