13 noyabr 2025 11:50
81

Bu, gözlənilməz nəticələrə səbəb ola bilər - Rubiodan XƏBƏRDARLIQ

ABŞ dövlət katibi Marko Rubio Avropa İttifaqında dondurulmuş Rusiya aktivlərinin müsadirəsinin potensial gözlənilməz nəticələri barədə xəbərdarlıq edib. Ağ Evdə Rusiya aktivlərinin istifadəsi ilə bağlı vəziyyətlə maliyyə naziri Skott Bessent məşğul olur.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

"Bu, gözlənilməz nəticələrə səbəb ola bilər. Amma mən hazırda bu barədə rəsmi açıqlama verə bilmərəm", - deyə dövlət katibi Kanadada keçirilən G7 xarici işlər nazirlərinin görüşündən sonra bildirib.

Rubio Vaşinqtonun bu istiqamətdə Avropa ölkələrinin səylərini izlədiyini qeyd edib. Onun sözlərinə görə, bəzi G7 ölkələri bu təşəbbüsə qarşıdır.