11 noyabr 2025 21:28
108

Türkiyə Müdafiə Nazirliyi məlumat YAYDI

Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstan ərazisində qəzaya uğrayan "C130" hərbi nəqliyyat təyyarəsi ilə bağlı növbəti məlumat yayıb.

“İki sahil” xəbər verir ki, məlumatda deyilir:

"Gürcüstanın axtarış-xilasetmə qrupları təyyarənin qalıqlarını saat 17:00-da tapıb. Qəza araşdırma qrupumuz hadisə yerinə gedir. Təyyarə qəzasının səbəbi qrupumuz tərəfindən qalıqların ətraflı araşdırılmasından sonra müəyyən ediləcək".