10 noyabr 2025 00:38
86

Zelenski: Rusiya daha çox ballistik raketlərdən istifadə edir

Rusiya hava zərbə qüvvəsini artırıb və daha çox ballistik raketlərdən istifadə etməyə başlayıb. Ukrayna üçün bu, daha çox hava hücumundan müdafiə sisteminə ehtiyac deməkdir.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində məlumat verib.

Zelenski bildirib ki, təmir briqadaları, enerji mühəndisləri və kommunal xidmətlər hazırda əksər bölgələrdə faktiki olaraq gecə-gündüz işləyir.

Çətin vəziyyətə baxmayaraq, minlərlə insan sistemin sabitləşdirilməsi və zərərin aradan qaldırılması ilə məşğul olmaqla bərpa işlərini davam etdirir.

Xatırladaq ki, 8 noyabr gecəsi Rusiya qüvvələri Ukraynaya çoxkombinasiyalı hava hücumu edib. Rusiya dronlardan və ballistik raketlərdən istifadə edib və əsas hədəf Ukraynanın enerji infrastrukturu olub.

Hücumlar nəticəsində Ukraynanın bir neçə bölgəsində təcili elektrik kəsintiləri tətbiq edilib.